Görülən hər bir vicdanlı iş parlaq gələcəyin təməlidir

Tarix :
Görülən hər bir vicdanlı iş parlaq gələcəyin təməlidir

İşləmək Varlığın və yaşamağın əsas şərtidir. Çalışan insan əvvəlcə özünə, sonra ətrafına və cəmiyyətə xeyir verir.

           Belə insanlardan biri də Gülzar İslam qızı Tahirovadır. Gülzar Tahirova 24 iyun 1978 – ci ildə Ermənistan SSR Gorus rayonunun Şahverdilər kəndində anadan olub. 1994 – cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinə daxil olmuş, 1998 - ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirərək, bakalavr, 1998-2000-ci illərdə isə həmin fakultənin magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. 
         Gülzar Tahirova əmək fəaliyyətinə 1998 – ci ildə ali təhsili başa vurduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi İslahatlar Mərkəzində (hazırda İqtisadi Elmi Tədqiqat İnstitutu) başlamışdır. 2000 – ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi olaraq davam etdirmişdir. Bu dövrlərdə Bakı Dövlət Universiteti, H.Əliyev adına Ali Hərbi Məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
        2009 - cu ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar departamentində iqtisadçı vəzifəsində fəaliyyətə başlamışdır. 
Gülzar İslam qızı Tahirova 2011 - ci ildə iqtisadiyyat üzrə ( İqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası) fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Dissertasiyaişi Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (İdarəetmə Sistemləri İnstitutu) yerinə yetirilmişdir.
Gülzar Tahirova 2010 - 2019-cu ilədək Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi inkişafın tədqiqatları, daha sonra İqtisadi təhlil departamentində aparıcı iqtisadçı, böyük iqtisadçı, şöbə rəisi vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2020 - ci ildən Tədqiqatlar departamentində direktor müavini və hazırda həmin departamentin direktoru vəzifəsində çalışır. 
 Hansı işdə çalışmasından asılı olmayaraq, Gülzar Tahirova işini vicdanla və məsuliyyətlə yerinə yetirir. Görülən hər bir vicdanlı iş isə parlaq gələcəyimizin təməlidir.

Məlumatlar Tahirova Gülzar İslam qızından alınmışdır. 

Müəllif: Gorus Rayon İcmasının üzvü: İinarə Şahsuvar qızı Musayeva

SİZƏ MARAQLI OLA BİLƏR

XƏBƏRLƏR