Qərbi Azərbaycanın  tanınmış elm adamı ictimai xadım -   Rüstəmov Tofiq Murtuza  oğlu

Tarix :
Qərbi Azərbaycanın  tanınmış elm adamı ictimai xadım -   Rüstəmov Tofiq Murtuza  oğlu

Tofiq   Murtuza oğlu  Rüstəmov  30  dekabr 1929 - cu ildə Qərbi Azərbaycanın, yəni indiki  Ermənistan Respublikasının  Gorus rayonunun  Şurnuxu  kəndində  müəllim  ailəsində anadan olmuşdur.  Natamam orta məktəbi Şurnuxu kəndində, orta məktəbi isə Laçın şəhərində bitirmişdir. 
         1948 - ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya – biologiya fakultəsinə qəbul olub, 1952-ci ildə institutu müvəffəqiyyətlə bitirərək, təyinat üzrə Laçın şəhər orta məktəbinə müəllim təyin olunmuşdur. 1953 - cü ildən Sov. İKP - nın üzvü olmuşdur. Tofiq Rüstəmov 1956 – cı ilə kimi Laçın şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 1956 – cı ildə isə Ermənistan SSR Gorus rayonunun Şurnuxu kənd orta məktəbində direktor vəzifəsində çalışmışdır.
            1962 - ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunda əyani şöbə üzrə aspiranturaya daxil olmuşdur. 1965 - ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun Kimya –biologiya bölməsində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir.
 1967 – ci ildə Orta Məktəb Ümumi biologiya Kursunda “Genetika və Seleksiya Əsaslarının tədrisi metodikası” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. 
           1968 - ci ildə müsabiqə yolu ilə V.İ.Lenin adına APİ - nın biologiya tədrisi metodikası kafedrasında əvvəl baş müəllim, 1974 - cü ildə isə dosent kimi çalışan Tofiq Rüstəmov APİ - də işlədiyi müddətdə institutun yerli komitəsinin sədri, partiya komitəsinin üzvü və. s olmuşdur.
          Tofiq Rüstəmov pedaqoji fəaliyyəti dövründə qüsursuz işlədiyinə görə dəfələrlə institutun rektorluğu tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif olunmuşdur. 06. VI. 1945 - ci SSR Ali Sovetinin fərmanı ilə “Böyük Vətən Müharibəsində 1941–1945 –ci illər “Əməkdə fərqlənmə” medalı, 1981 - ci il SSRİ “Maarif Əlaçısı” döş nişanı, 12 .IV. 1985 – ci ildə “Böyük Vətən müharibəsinin qələbənin 40 illiyi münasibətilə SSRİ Ali Sovetinin fərmanı ilə yubiley medalı və 1985-ci ildə Əmək veteranı medalına layiq görülmüşdür. 
         Vətənə layiqli 6 övladı, 13 nəvəsi olan Tofiq Murtuza oğlu Rüstəmov 24 yanvar 1999-cu ildə 70 yaşında vəfat etmişdir.
Ruhu şad olsun.
Mənbə: Məlumatlar Rüstəmova Yaqut Tofiq qızından alınmışdır. 

Müəllif: İnarə Şahsuvar qızı Musayeva

SİZƏ MARAQLI OLA BİLƏR

XƏBƏRLƏR