ZƏHMƏTLƏ UCALAN ÖMÜR - TAMARA BƏBİR QIZI HEYDƏROVA

Tarix :
ZƏHMƏTLƏ UCALAN ÖMÜR - TAMARA BƏBİR QIZI HEYDƏROVA

Zəhmət insanı ucaldan, ona cəmiyyətdə hörmət və şərəf qazandıran ən böyük dəyərdir. Azərbaycan tarixi öz fədakar əməyi ilə adını tarixə yazdırmış, gələcək nəsillərə örnək olmuş şəxsiyyətlərlə zəngindir. Belə fədakar və fəxri insanlardan biri   də   tanınmış   əmək   qabaqcılı  və   məşhur  üzümçü  Tamara    Bəbir    qızı Heydərovadır.  Tamara  Bəbir qızı Heydərova  1927 – ci ildə Qərbi Azərbaycanın Zəngəzur  mahalında  ( Ermənistan SSR)   Gorus   rayonunun   Şamsız   kəndində anadan olub. Onun gənclik və yetkinlik illəri çətin lakin şərəfli dövr olmuşdur. O, erkən  yaşlarından  torpağa   bağlanmış, əməksevərliyi  və  işinə   məsuliyyəti  ilə seçilmişdir.    Tamara   Heydərovanın   atası   azərbaycanlılara    divan  tutan   iki ermənini   öldürdüyünə   görə   həbs  edilir     onun    ailəsi  Ağdam    rayonunda məskunlaşır. Tamara Bəbir   qızı Heydərova Ağdam  rayonunda   Natəvan adına üzümçülük  sovxozunda  hektarç ı işləyir və 1952 - ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olaraq “Şərəf nişanı” ilə təltif olunmuşdur. 1948-1958-ci illərdə manqabaşçısı olan  Tamara Heydərova 1953-cü ildə yüksək üzüm məhsulu götürdüyünə görə  SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə  “Sosialist Əməyi Qəhrəmanı” adına  layiq  görülmüşdür.   Xəstəliyinə  görə  ağır fiziki işdə işləyə bilmədiyindən 1962 - ci ildə Ağdam rayonunda ət kombinatında çalışır. Tamara Heydərova 1964-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur.  Onun sinəsini  “Lenin ordeni”,  “Qızıl ulduz”  medalı ilə    “Əmək igidliyinə görə”,  Ümumittifaq   Kənd Təsərrüfatı   sərgisinin böyük qızıl, böyük gümüş, “Rəşadətli əməyə görə”  medalları bəzəyir.  Azərbaycan SSR- in 50 illiyi. Azərbaycan KP MK-nın respublika Ali  Sovetinin,   Nazirlər sovetini n təbrikini almışdır.  Respublika, rayon  sovxoz  təşkilatlarının  fərmanları, təşəkkürləri və mükafatları ilə dönə -dönə  təltif  olunmuşdur.   Lakin   öz   doğma   elindən   uzaq    düşüb   Ağdamda məskunlaşan  Tamara  Heydərova 1993 -  cü  ildə  mənfur  ermənilərin    Ağdam şəhərinə   hücum etməsi nəticəsində şəhəri tərk etmək məcburiyyətində qalır və o, Sumqayıt   şəhərində   məskunlaşır. Adı Azərbaycan Sovet Ensiklopediyasında olan Tamara Heydərova   02. 10.  2002 - ci   ildən    Azərbaycan Respublikası  Prezidentinin  fərdi   təqaüdçüsüdür.  O, 2017 -  ci il yanvarın 18 - də 90 yaşında vəfat etmişdir.   Tamara  Bəbir  qızı Heydərova vəfat etsə də onun qoyduğu irs və şərəfli ömür yolu unudulmamışdır. Tamara xanımın timsalında görürük ki, insan hansı sahədə çalışırsa çalışsın, öz işinə sevgi və dürüstlüklə yanaşdıqda mütləq zirvələrə ucalır. Torpağa fədakarlıqla xidmət edən bu fədakar  qadının xatirəsi hər zaman hörmətlə anılacaqdır.

Məlumat: Azərbaycan Sovet Ensiklopediyası, Əli Vəliyevin “Durna qatarı” kitabından götürülmüşdür. Bəzi məlumatlar isə Tamara xanımın qardaşı oğlu Elxan Əfqan oğlu Heydərovdan alınmışdır. 

Müəllif: Gorus Rayon İcmasının üzvü İnarə Şahsuvar qızı Musayeva

SİZƏ MARAQLI OLA BİLƏR

XƏBƏRLƏR