Gorus rayon İcmasının strukturu

Tarix :
Gorus rayon İcmasının strukturu

Gorus rayon İcması-12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirili tərəfindən Dövlət qeydiyyatına alınmış Qərbi Azərbaycan İcmasının tərkibində, onun Nizamnaməsinə və "Qərbi Azərbaycanın şəhərləri, rayonları və kəndləri üzrə rayon və kənd icmalarının təşkilinə və onların fəaliyyət istiqamətinə dair" 13 yanvar 2025-ci il tarixli Təlimatına uyğun olaraq yaradılaraq, "Qayıdış konsepsiyası"nın məqsəd və prinsipləri çərçivəsində ictimai əsaslarla fəaliyyət göstərən qurumdur. 
Gorus Rayon İcmasının strukturuna, Şurnuxu kənd icması, Ağbulaq kənd icması Şamsız kənd icması, Şahverdilər kənd icması və Qurdqalaq kənd icması daxildir. 
Gorus Rayon İcmasına, QAİ İH tərəfindən 5 il müddətinə təyin edilmiş icma sədri rəhbərlik edir. 
Kənd İcmasına, rayon icma sədri tərəfindən QAİ-nın aparatı ilə razılaşdırılmaqlə 5 il müddətinə təyin etdiyi icma sədri rəhbərlik edir. 
Təlimatın 3.8-ci bəndinə uyğun olaraq Gorus rayon icmasının fəaliyyətinə dəstər məqsədi ilə icmanın tərkibində Ağsaqqallar üzrə məsul şəxs, Qadınlar üzrə məsul şəxs və Gənclər üzrə məsul şəxs ictimai əsaslarla işlərə cəlb olunurlar.

SİZƏ MARAQLI OLA BİLƏR

XƏBƏRLƏR