Gorus haqqında mənbələr - GorusTv.Az
ZƏHMƏTLƏ UCALAN ÖMÜR - TAMARA BƏBİR QIZI HEYDƏROVA
Zəhmət insanı ucaldan, ona cəmiyyətdə hörmət və şərəf qazandıran ən böyük dəyərdir. Azərbaycan tarixi öz fədakar əməyi ilə adını tarixə yazdırmış, gələcək nəsillərə örnək olmuş şəxsiyyətlərlə zəngindir. Belə fədakar və fəxri insanlardan biri   də   tanınmış   əmək   qabaqcılı  və   məşhur  üzümçü  Tamara    Bəbir    qızı Heydərovadır.  Tamara  Bəbir qızı Heydərova  1927 – ci ildə Qərbi Azərbaycanın Zəngəzur  mahalında  ( Ermənistan SSR)   Gorus   rayonunun   Şamsız   kəndində anadan olub. Onun gənclik və yetkinlik illəri çətin lakin şərəfli dövr olmuşdur. O, erkən  yaşlarından  torpağa   bağlanmış, əməksevərliyi  və  işinə   məsuliyyəti  ilə seçilmişdir.    Tamara   Heydərovanın   atası   azərbaycanlılara    divan  tutan   iki ermənini   öldürdüyünə   görə   həbs  edilir     onun    ailəsi  Ağdam    rayonunda məskunlaşır. Tamara Bəbir   qızı Heydərova Ağdam  rayonunda   Natəvan adına üzümçülük  sovxozunda  hektarç ı işləyir və 1952 - ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olaraq “Şərəf nişanı” ilə təltif olunmuşdur. 1948-1958-ci illərdə manqabaşçısı olan  Tamara Heydərova 1953-cü ildə yüksək üzüm məhsulu götürdüyünə görə  SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə  “Sosialist Əməyi Qəhrəmanı” adına  layiq  görülmüşdür.   Xəstəliyinə  görə  ağır fiziki işdə işləyə bilmədiyindən 1962 - ci ildə Ağdam rayonunda ət kombinatında çalışır. Tamara Heydərova 1964-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur.  Onun sinəsini  “Lenin ordeni”,  “Qızıl ulduz”  medalı ilə    “Əmək igidliyinə görə”,  Ümumittifaq   Kənd Təsərrüfatı   sərgisinin böyük qızıl, böyük gümüş, “Rəşadətli əməyə görə”  medalları bəzəyir.  Azərbaycan SSR- in 50 illiyi. Azərbaycan KP MK-nın respublika Ali  Sovetinin,   Nazirlər sovetini n təbrikini almışdır.  Respublika, rayon  sovxoz  təşkilatlarının  fərmanları, təşəkkürləri və mükafatları ilə dönə -dönə  təltif  olunmuşdur.   Lakin   öz   doğma   elindən   uzaq    düşüb   Ağdamda məskunlaşan  Tamara  Heydərova 1993 -  cü  ildə  mənfur  ermənilərin    Ağdam şəhərinə   hücum etməsi nəticəsində şəhəri tərk etmək məcburiyyətində qalır və o, Sumqayıt   şəhərində   məskunlaşır. Adı Azərbaycan Sovet Ensiklopediyasında olan Tamara Heydərova   02. 10.  2002 - ci   ildən    Azərbaycan Respublikası  Prezidentinin  fərdi   təqaüdçüsüdür.  O, 2017 -  ci il yanvarın 18 - də 90 yaşında vəfat etmişdir.   Tamara  Bəbir  qızı Heydərova vəfat etsə də onun qoyduğu irs və şərəfli ömür yolu unudulmamışdır. Tamara xanımın timsalında görürük ki, insan hansı sahədə çalışırsa çalışsın, öz işinə sevgi və dürüstlüklə yanaşdıqda mütləq zirvələrə ucalır. Torpağa fədakarlıqla xidmət edən bu fədakar  qadının xatirəsi hər zaman hörmətlə anılacaqdır.
Məlumat: Azərbaycan Sovet Ensiklopediyası, Əli Vəliyevin “Durna qatarı” kitabından götürülmüşdür. Bəzi məlumatlar isə Tamara xanımın qardaşı oğlu Elxan Əfqan oğlu Heydərovdan alınmışdır.
Görülən hər bir vicdanlı iş parlaq gələcəyin təməlidir
Belə   insanlardan  biri   də   Gülzar  İslam   qızı Tahirovadır.    Gülzar   Tahirova   24   iyun   1978 – ci  ildə  Ermənistan  SSR   Gorus rayonunun    Şahverdilər  kəndində   anadan   olub.   1994 – cü   ildə   Bakı  Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsinə daxil olmuş, 1998 - ci ildə həmin fakultəni müvəffəqiyyətlə bitirərək, bakalavr, 1998-2000-ci illərdə isə həmin fakultənin magistr pillələrini fərqlənmə diplomu  ilə bitirmişdir.
Gülzar  Tahirova  əmək  fəaliyyətinə  1998 – ci   ildə  ali  təhsili  başa   vurduqdan  sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində    olan   İqtisadi    İslahatlar Mərkəzində  (hazırda İqtisadi Elmi Tədqiqat İnstitutu)  başlamışdır.  2000 – ci  ildən əmək fəaliyyətini  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Kibernetika İnstitutunda   elmi    işçi  olaraq   davam  etdirmişdir.   Bu   dövrlərdə   Bakı   Dövlət Universiteti,  H.Əliyev  adına  Ali  Hərbi  Məktəbdə   pedaqoji   fəaliyyətlə  məşğul olmuşdur.
2009 - cu   ildən   Azərbaycan   Respublikası   Mərkəzi   Bankının  Tədqiqatlar departamentində iqtisadçı vəzifəsində fəaliyyətə başlamışdır.
Gülzar İslam qızı Tahirova 2011 - ci ildə  iqtisadiyyat  üzrə ( İqtisadiyyatın  riyazi  və instrumental üsulları ixtisası) fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. Dissertasiyaişi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Kibernetika İnstitutunda (İdarəetmə Sistemləri İnstitutu) yerinə yetirilmişdir.
Gülzar Tahirova  2010 - 2019-cu ilədək Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin İqtisadi inkişafın tədqiqatları, daha sonra İqtisadi təhlil  departamentində  aparıcı iqtisadçı, böyük  iqtisadçı, şöbə   rəisi vəzifələrində fəaliyyətini   davam   etdirmişdir.   2020 -  ci  ildən   Tədqiqatlar   departamentində direktor müavini və hazırda həmin departamentin direktoru vəzifəsində çalışır.
Hansı  işdə   çalışmasından   asılı   olmayaraq,  Gülzar   Tahirova işini  vicdanla  və məsuliyyətlə  yerinə  yetirir.  Görülən hər  bir  vicdanlı iş isə  parlaq    gələcəyimizin  təməlidir.
Məlumatlar Tahirova Gülzar İslam qızından alınmışdır.
Müəllif: Gorus Rayon İcmasının üzvü: İinarə Şahsuvar qızı Musayeva
Əbədiyyətin işıqlı ziyalısı şair-publisist Ələsgər Həsənli – 80
Bu gün qədim Zəngəzur mahalının, onun uca dağlar qoynunda yerləşən füsunkar Gorus rayonunun yetirdiyi dəyərli ziyalı, vətənpərvər ictimai xadim, tanınmış şair-publisist və fədakar pedaqoq Ələsgər Həsənlinin anadan olmasının 80 illik yubileyidir.
2021-ci il mayın 1-də cismən aramızdan ayrılaraq əbədiyyətə qovuşan ustadın xatirəsi hər bir goruslunun, bütövlükdə Qərbi Azərbaycan fədailərinin qəlbində dərin iz qoymuşdur. Gorus rayon icması olaraq, bu əlamətdar və tarixi gündə böyük sənətkarın əziz xatirəsini sonsuz ehtiram və rəhmətlə anırıq.
Şurnuxudan Başlayan Ömür Yolu və Elm Fədakarlığı
Həsənli Ələsgər Qaraş oğlu 17 may 1946-cı ildə Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kəndində dünyaya göz açmışdır. Onun ilk təhsil və yetkinlik illəri doğma yurdun və qonşu rayonların mənəvi mühitində formalaşmışdır:
İlk təhsili: 8-ci sinfə qədər doğma Şurnuxu kənd məktəbində oxumuşdur.
Orta təhsili: 9-10-cu sinifləri Qubadlı rayonunun Qara İlyasov adına məktəbində tamamlamışdır.
Ali təhsili: 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirmişdir.
Ali təhsilini başa vurduqdan sonra istehsalat sahələrində müxtəlif məsul vəzifələrdə çalışan Ələsgər müəllim, həm də fədakar bir pedaqoq idi. Kimya fənni üzrə gənc nəslin yetişməsində müstəsna xidmətləri olan şair, həm də kimya fənni üzrə ilk test kitabının müəllifidir. Onun böyük sevgi və peşəkarlıqla tədris etdiyi kimya elminin sirlərinə yiyələnən onlarla tələbəsi bu gün Tibb elmləri sahəsində uğurla çalışmaqda, xalqımıza xidmət etməkdədir.
Yaradıcılıq Dünyası və Ədəbi İrsi
Gənc yaşlarından qəlbində ədəbiyyata, söz sənətinə böyük sevgi daşıyan Ələsgər Həsənli poeziyanın müxtəlif janrlarında — şeirlər, təmsillər, poemalar və bayatılarda bənzərsiz nümunələr yaratmışdır.
1964-cü ildən Sumqayıt ədəbi birliyinin fəal üzvü olan şairin ilk mətbu əsərləri — “İlk məhəbbətim”, “Sənin şübhələrin”, “Saat olmasaydı”, “Qış”, “Su”, “Qorxuram” kimi şeirləri oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Onun yazıları mütəmadi olaraq respublikanın aparıcı mətbuat orqanlarında işıq üzü görmüşdür:
Çap olunduğu mətbuat orqanları: "Azərbaycan müəllimi", "Bakı", "Ədəbiyyat və incəsənət", "Sosialist Sumqayıtı", "Kimyaçı" qəzetləri; "Azərbaycan təbiəti", "Ulduz", "Təşviqatçı", "Göyərcin" jurnalları.
Ələsgər Həsənli poetik dünyasını və vətən sevgisini bir neçə dəyərli kitabda əbədiləşdirmişdir. O, oxucuların mənəvi xəzinəsinə çevrilən bu unudulmaz kitabların müəllifidir:
“Qınama məni Vətən”
“Tanımaq istəsən”
“Tale Yazısı”
“Qəlbdən doğan ehtiyac”
“Yaddaşdan yaddaşa”
“Çəməndə gəzən çiçək”
“Təmsillər”
“Sevməyə gecikmə”
Onun seçilmiş şeirləri 4 cilddə işıq üzü görmüş məşhur “Ədəbi İrəvan” almanaxında fəxri yer almışdır. Ədəbiyyatımız qarşısındakı xidmətlərinə görə o, 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyünə qəbul edilmiş, çoxsaylı fəxri diplom və mükafatlara layiq görülmüşdür.
Ələsgər Həsənli yaradıcılığı və ictimai fəaliyyəti ilə hər zaman doğma Qərbi Azərbaycanın, Zəngəzur elinin, Gorus rayonunun fəxri və mənəvi simvolu olmuşdur. Onun şeirlərindəki Vətən harayı, yurd nisgili və qayıdış ümidi bu gün bizim də yolumuza işıq tutur.
Şairimizin 80 illik yubileyində Gorus rayon icması adından onun müqəddəs ruhu qarşısında baş əyir, Allahdan rəhmət, ailəsinə və doğmalarına bir daha dərin səbr diləyirik. Ömrünü elmə, təhsilə və poeziyaya həsr edən bu böyük insanın işıqlı xatirəsi yaddaşlarımızda əbədi yaşayacaqdır.
Məkanı cənnət, ruhu şad olsun!
Dərin hörmət və ehtiramla,
ÖMÜR YOLLARINDA YAŞANAN ANLAR
“Alimləri eşidin, çünki onlar
dünyanın çırağı, axirətin nurudur”
Hz. Məhəmməd Peyğəmbər
Zəngin və sonsuz həyat çalarları əhatəsində olan insan ömrü, sonu görünməyən nəhayətsiz bir ümmandır. Maraqlıdır ki, öz mənalı ömrünü bu ümmanda yaşayan hər bir kəs həm də zaman gerçəkliyi və vaxt axarı kəsiyində silinməz izlərlə öz taleyinin “ömür abidəsini” yaradan memarı olur.
Həyatda xoşbəxt o kəslərdir ki, onlar hələ sağ ikən yaşadıqları dövrdə özlərinin “ömür abidələrində” gələcək nəsillərə örnək oluna biləcək xoş məramlı, əməli və əbədi həmişəyaşar həyat nişanələrini yaratmış olsunlar.
Bu baxımdan bizim müasirimiz olan və bir mütəxəssis kimi çalışdığı elm sahələrində yüksək nəticələr əldə edən, təvəzökar və dəyərli ziyalılarımızdan biri də Quliyev Fəxrəddin Əvəz oğludur.
O, 12 iyun 1949-cu ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Gorus rayonunun Ağbulaq kəndində müəllim ailəsində anadan olmuşdur. 1956-cı ildə birinci sinfə getmiş və Ağbulaq kənd 8 illik məktəbini əla qiymətlərlə bitirib, 1964-cü ildə daimi yaşamaq üçün ailəliklə Bakı şəhərinə köçmüşlər.
F.Quliyev 1964-cü ildə Bakıxanov (keçmiş Razin) qəsəbəsində Oktyabr İnqilabı adına Bakı Neft Texnikumuna (indiki Bakı Dövlət Neft-Energetika Kolleci) qəbul olunmuş və oranı “Nəzarət ölçü cihazlarının istehsalı” ixtisası üzrə əyani şöbəsini Fərqlənmə Diplomu ilə bitirmişdir.
O, Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) Fizika fakültəsini “Fizik, fizika müəllimi” ixtisası üzrə əyani şöbəsini bitirmişdir (1972). Qeyd edək ki, o, 5-ci kursda diplom işini Moskva şəhərində SSRİ EA-nın “Kristalloqrafiya” İnstitutunda yerinə yetirmişdir. O, burada yarımkeçirici birləşmələrin uyğun metodlarla kimyəvi strukturlarının (quruluşlarının) aşkarlanması və onların kristollofizika və kristallokimya baxımından təhlili ilə məşğul olmuşdur.
F.Quliyev diplom işinin müdafiəsindən sonra 1972-ci ildə Azərbaycan SSRİ EA-nın (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika institutuna təyinatla göndərilir. Fizika institutunda onun Moskvada yerinə yetirdiyi diplom işi nəzərə alınaraq, təyinat Fizika institutundan “Qeyri-üzvi və Fiziki-Kimya” institutuna dəyişdirilir. Burada o, görkəmli alim Xudu Məmmədovun “Kimyəvi quruluş” şöbəsində Elektronoqrafik metodla yeni sintez olunan yarımkeçirici birləşmələrin strukturlarının aydınlaşdırılmasının elmi əsasları üzrə tədqiqat işlərini aparmışdır. Burada o, 1974-cü ilin sonuna qədər çalışmışdır. Aldığı yeni nəticələri ilə Gənc elmi işçilərin konfransı nda məruzə ilə çıxış edərək müsabiqədə . ikinci yerin qalibi olmuşdur.
F.Quliyev artıq hiss edirdi ki, molekulyar səviyyədə tədqiqatların aparılması üçün mövcud metodların həssaslığı, onların ayırdetmə qabiliyyəti kifayət etmir. O, fikirlərini iki istiqamətdə cəm etdi: boyük həssaslığa malik metodların yaradılması və tədqiqat obyektlərinin canlı aləm seçilməsi. Bu məqsədlə o, öz fundamental elmi axtarışlarının gələcək inkişafını canlı aləmdə (ali bitkilərdə) baş verən Fotosintez prosesinin hüceyrədaxili molekulyar mexanizminin öyrənilməsində görür. Yəni, hüceyrədaxili fotosintetik aparatda (xloroplastda) Günəş enerjisini udan piqment sisteminin quruluşu və udulan Günəş enerjisinin ötürülməsi mexanizminin öyrənilməsi. Burada ən dəqiq metod olaraq, yüksək tezlikli dalğa uzunluğuna malik olan lazer şüalarının alınması və onun bazasında xsüsi spektral qurğunun yaradılması əsas götürülmüşdür.
F.Quliyev 1975-1979-cu illərdə Kiyev şəhərində Ukrayna EA-nın Elmi-tədqiqat “Genetika və Bitki Fiziologiyası İnstitutu”nda “Biofizika” ixtisası üzrə məqsədli aspiranturanı bitirərək, 1980-ci ildə dissertasiya işini müdafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, həmçinin lazer spektroskopiyası üzrə tanınan mütəxəssisdir.
Aspirantura illərində  tənzim olunan tezliklərdə (mono impulsdan 100 Hs-ə qədər) işləyən unikal Lazer Spektrofluorometrik qurğusu (spektrin 400÷700 nanometr diapazonunda və 20 °C otaq temperaturundan maye azot (-196 °C) və maye helium (-296 °C) temperaturuna kimi) yaradılmış  və canlı aləmdə hüceyrədaxili tədqiqatlar aparılmışdır.
F.Quliyev 1977 və 1978-ci illərdə yüksək tezlikli maye lazerlərin alınması və onun bazasında Lazer Spektrofluorometrik qurğusunun yaradılması və tətbiqinə görə Ukrayna EA-nın gənc elmi işçilər üçün ən yeni elmi nailiyyətlərə görə təsis etdiyi mükafatların laureantı olmuşdur və yerli televiziyaya çəkilərək göstərilmişdir.
Fəxrəddin müəllimin elmi tədqiqat işlərində aldığı yüksək nəticələrə görə 1980-ci illərdə keçmiş İttifaq miqyasında keçirilən “sosializm yarışının qalibi” olmuşdur. O, bir mütəxəssis kimi Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin yuxarı kurs tələbələrinə Fotobiologiya ixtisas fənni üzrə saat hesabı mühazirə və məşğələlər aparmışdır.
F.Quliyevin bu istiqamətdə inkişafında akad. Cəlal Əliyevin xidmətləri böyük olmuşdur. Müdafiədən sonra isə onun rəhbərlik etdiyi Fizika institutunun nəzdində fəaliyyət göstərən “Bioloji Tədqiqatlar Elmi Mərkəzi”ndə Lazer Spektroskopiyası laboratoriyası yaradılmışdır. O, dəfələrlə lazer şüalarının tətbiqinə həsr olunmuş Beynəlxalq konfrans və simpoziumlarda iştirak edərək, Respublikamızın layiqli təmsilçisi olmuşdur.
Qeyd edək ki, lazer şüalarının spesifik xüsusiyyətləri (böyük enerji daşıyıcısı, selektiv-seçici təsirə malikliyi, monoxramatik, koherentliyi və s.) nəzərə alınaraq onun müxtəlif sahələrdə, o cümlədən, tibbi-bioloji obyektlərdə, neft emalında, metalların möhkəmliyinin artırılmasında, qaynaq işlərində və s. Fəxrəddin müəllimin apardığı tətbiq işləri xüsusi qeyd olunmalıdır.
1980-ci illərdə dövlət tapşırığı olaraq, güclü lazer şüalarının neft emalında tətbiqi (emal dərinliyinin artırılması) məsələsində laboratoriya şəraitində stend qurğusunun yaradılması və tətqiqi bilavasitə layihə baş konstruktoru Fəxrəddin müəllimə tapşırılmışdır. Laboratoriya neft emalı zavodlarının birində yaradılmışdır. Bu laboratoriyada görülən işlər və alınan nəticələrlə tanış olmaq üçün bir çox tanınmış elm adamları və neft mütəxəssisləri olmuşdular. O cümlədən, mərhum akad. Azad Mirzəcanzadə öz tələbələri ilə birlikdə.
Fəxrəddin müəllimin uzun illər çalışdığı sahələrdən biri də neft-qaz çıxarma sənayesidir. O, “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat İnstitutunda Baş elmi işçi, ARDNŞ-nin (SOCAR) “Azneft” İB-də Elmi-Texniki şöbənin rəis müavini, rəis əvəzi və elmi-texniki şuranın üzvü olmuşdur.
Burada Fəxrəddin müəllim aşağıdakı işlərin təşkilatçısı və rəhbəri olmuşdur:
- Dəniz ekoloji və fiziki parametrlərinə avtomatik nəzarət qurğusunun yaradılması və tətbiqi (100 metrə qədər dərinlikdə);
- Qaz xətlərində hidrat (kondensat) əmələ gəlməsinə qarşı fiziki metodların tətbiqi ideyasının işlənməsi;
- Neft-qaz çıxarmada yeni texnikanın (texnologiyanın) yaradılmasında dəyərli elmi fikirlərin müəllifi və iştirakçısı.
Fəxrəddin müəllimin neft sənayesi sahəsindən 2011-ci ildə təqaüdə çıxaraq AMEA-nın Neft və Qaz İnstitutuna (keçmiş “Dərin neft qaz yataqları problemləri” institutu) qayıdıb orada elmi fəaliyyətini davam etdirmişdir. Burada o, müasir dünyamızda ən böyük problemlərdən olan ətraf mühitin təmizliyi və atmosferə atılan təbii və sənaye tullantılarının normadan dəfələrlə artıq olması problemi və ona qarşı elmi-texniki tədbirlərin işlənib hazırlanması kimi qlobal məsələlərin həlli ilə məşğul olmuşdur. O cümlədən də bir neçə qrant layihəsi işlənib təhvil verilmişdir. Nəticələr Beynəlxalq konfransların materiallarında çap olunmuşdur.
Fəxrəddin müəllimin aldığı elmi nəticələr öz əksini onun çap olunmuş kitablarında, patent (ixtira), bir sıra Respublika və xarici elmi jurnallarda və Beynəlxalq konfransların materiallarında tapmışdır. Onun əməyi işlədiyi bütün sahələrdə layiqincə qiymətləndirilmiş, medal və Fəxri Fərmanlarla təltif olunmuşdur.
Onunla istənilən mövzu ətrafında müzakirələr aparmaq həmişə maraqlıdır. Çünki, o, həmsöhbətinin sözünü kəsmədən onu sona qədər dinləməyi və aramla öz fikirlərini onunla bölüşdürməyi bacaran bir ziyalı mütəxəssisdir. Onun fikrincə, tədqiqatçı alim bir sıra müəyyən (spesifik) xüsusiyyətlərə malik olmaqla yanaşı həm də zəngin, təmiz daxili mənəviyyatın daşıyıcısı olmalıdır.
Fəxrəddin müəllim haqqında olan bu qısa qeydlərimiz onun yalnız maraqlı ömür yolundan sezə bildiyimiz bir qismidir. O, ömrünün müdriklik dövrünü yaşayır və eyni zamanda da nümunəvi bir ailə başçısıdır.
Fəxrəddin müəllimin keçdiyi ömür yolundan və elmi fəaliyyətindən bəhs edilən qeydlərimizi bu sonluqla bitirmək istərdik: “O, əvəzsiz etibar sahibi, etibarlı etimad dayağı və düzgünlük yolunun etirafçısıdır”.
Gorus rayonunun Şurnuxu kəndi
Şurnuxu – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 45 km şimal-şərqdə, Şurauxu çayının sol sahilində, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, dəniz səviyyəsindən 1550 m hüdürlükdə yerləşir. Erməni ədəbiyyatında kəndin adı “Şurnuxi”, “Şurnux” formalarda əksini tapır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Şurnuxu kəndində 1897-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər, 1939-cu ildə 351 nəfər, 1959-cu ildə 363 nəfər, 1970-ci ildə 363 nəfər, 1979-cu ildə 324 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisinin bir qismi zorla Azərbaycana deportasiya edilmişdir. 1988-ci ildə Ermənistan dövləti tərəfindən kəndin sakinləri azərbaycanlılar deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “kiçik şəlalə” mənasında işlənən “çırnox” sözünün fonetik forması olan “şurnux”//“şırnıx” sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində “sürətlə axın” mənasında “şırnoy” sözü də işlənir. “Çırnox”, “şırnoy”, “şurnux” yaxınmənalı sözlərdir.
Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şurnux” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°22′ şm. e., 46°23′ ş. u.